2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv olan ölkələr və Macarıstanla ticarət dövriyyəsinin həcmi $2,6 milyard olub. Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən TDƏŞ-in iqtisadiyyat nazirlərinin iclasında çıxış edərkən deyib.
“Bu ilin 7 ayı ərzində Azərbaycanın TDƏŞ-ə üzv olan ölkələr və Macarıstanla ticarət dövriyyəsinin həcmi $2,6 milyarda çatıb. Bu, Azərbaycanın xarici ticarət dövriyyəsindəki payının 15%-ni təşkil edib”, - deyə o bildirib.
Nazir, həmçinin qeyd edib ki, Azərbaycandan bu ölkələrə qeyri-neft ixracı 75% artıb.*
B.Rüstəmbəyov