Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası(TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirləri bu gün müxtəlif iqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu imzalayıblar.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, memorandum TDƏŞ ölkələrinin iqtisadiyyat nazirlərinin Bakıda keçirilən 10-cu görüşü çərçivəsində imzalanıb.
Memorandum müxtəlif iqtisadi zonaların strateji inkişafı məqsədilə mütəxəssis mübadiləsinin aparılmasını, iqtisadi zonalara investisiyaların və yeni texnologiyaların cəlb edilməsi üzrə modellərin qurulmasını, əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək imkanların araşdırılmasını və s. nəzərdə tutur.*
B.Rüstəmbəyov