Daşkənd Azərbaycan və Türkiyədən keçərək Avropaya gedən nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində maraqlıdır. Bunu Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov deyib.
“Özbəkistan Azərbaycan və Türkiyədən Avropaya Transxəzər nəqliyyat dəhlizinin inkişafında maraqlıdır. Həmçinin Mərkəzi Asiya ölkələrindən Hindistan, Çin və Pakistana marşrut da maraq doğurur”, - deyə Voitov bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə bildirib.
Bundan başqa, o, vahid elektron ticarət meydançasının yaradılması təklifi ilə çıxış edib. “Bu, sahibkarlarla daha sıx əməkdaşlıq etməyə və tarif və qeyri-tarif maneələrini aradan qaldırmağa imkan verəcək”, - deyə birinci müavin əlavə edib.
Voitov qeyd edib ki, 2021-ci ilin 7 ayının yekunları üzrə Özbəkistanın Türk Şurası ölkələri ilə ticarət dövriyyəsi 78% artaraq $10 milyard təşkil edib.*
B.Rüstəmbəyov