2021-ci ilin avqust ayında Azərbaycanda inflyasiya iyul ayında qeydə alınmış 0,9% səviyyəsində inflyasiyaya qarşı 0,5% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2021-ci ilin avqust ayında respublikada inflyasiya 0,5% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,8%, qeyri-ərzaq mallarının qiymətləri 0,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,2% bahalaşıb”, - deyə məlumatda bildirilir.
Avqust ayının sonuna Azərbaycanda orta illik inflyasiya 4,8% (2021-ci ilin iyul ayının sonuna 4,5%) təşkil edib. Ərzaq məhsulları üzrə orta illik inflyasiya 5,4%, qeyri-ərzaq malları üzrə 4,2%, xidmətlər üzrə 4,2% təşkil edib.
İqtisadiyyat Nazirliyi 2021-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 2020-ci ildə qeydə alınmış 2,8%-ə qarşı 4,9% səviyyəsində proqnozlaşdırır.*
N.Abbasova