Türkdilli dövlətlərin İnvestisiya Fondunun yaradılması prosesi yekunlaşmaq üzrədir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Türkdilli dövlətlərin İnvestisiya Fondunun yaradılması layihəsi başa çatmaq üzrədir”, - deyə o, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündən sonra keçirilən brifinqdə bildirib.
İnvestisiya Fondunun yaradılmasının təşəbbüskarı Azərbaycandır. Fondun mənzil-qərargahı Bakıda yerləşəcək.*
B.Rüstəmbəyov