Azərbaycanda koronavirus infeksiyasına 2 min 508 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 455,044 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 254 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər (ötən gün 35 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6031 nəfərə çatıb.
Virusa yoluxmuş 401,300 min nəfər (sutka ərzində +4 min 076 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 47 min 713 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 672 (ötən gün 14 min 753 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 623,245 min test aparılıb.*