Azərbaycanda koronavirus infeksiyasına 2 min 372 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 457,416 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 508 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər (ötən gün 37 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 065 nəfərə çatıb.
Virusa yoluxmuş 405,511 min nəfər (sutka ərzində +4 min 211 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 45 min 840 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 min 215 (ötən gün 14 min 672 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 639,460 min test aparılıb.*
A.Salayeva