Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli və Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan şirkətlərinin Tacikistanda birgə müəssisələrin yaradılmasında iştirakı imkanlarını müzakirə ediblər. Bu barədə Tacikistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Sentyabrın 10-da Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli ilə Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun görüşü olub. Tərəflər birgə layihələrin hazırlanması, iki ölkənin ekspertləri arasında görüşlərin təşkili istiqamətində qarşılıqlı əməkdaşlıq, Azərbaycan şirkətlərinin Tacikistan Respublikası ərazisində birgə müəssisələrin yaradılmasında iştiraka cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd olunur.
Görüşün məqsədi Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələlərin müzakirəsi, habelə iqtisadi, ticarət, nəqliyyat-tranzit, investisiya və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarət olub.*
A.Salayeva