Azərbaycanda koronavirus infeksiyasına 2 min 676 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 460,092 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 372 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər (ötən gün 34 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 103 nəfərə çatıb.
Virusa yoluxmuş 409,404 min nəfər (sutka ərzində +3 min 893 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 44 min 585 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 536 (ötən gün 16 min 215 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 652,996 min test aparılıb.*
A.Salayeva