Azərbaycanda 3,1 milyondan çox şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Sentyabrın 12-nə olan məlumata görə, 4 milyon 507,038 min nəfər birinci, 3 milyon 102,902 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 7 milyon 609,940 min təşkil edir.
2021-ci il iyulun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 139,196 min nəfərdir. Beləliklə, sentyabrın 12-nə əhalinin 30,6%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.*
A.Salayeva