Azərbaycan və bir sıra digər ölkələr Türkiyənin koronavirus əleyhinə hazırladığı “TurkoVac” peyvəndinin tətbiqinə başlaya bilər. Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay “Anadolu” agentliyinə müsahibəsində deyib.
Daha əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “TurkoVac”ın artıq təcili istifadə üçün icazə verilə biləcək səviyyəyə gəldiyini bildirmişdi.
“Müvafiq iznin veriləcəyi təqdirdə preparatın oktyabr ayından etibarən seriya istehsalına başlayacağıq”, - deyə o qeyd edib.
“TurkoVac” peyvəndi Erciyes Universiteti və Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsinin (TÜSEB) əməkdaşlığı çərçivəsində hazırlanıb.
“TurkoVac” peyvəndi kliniki sınaqların üçüncü mərhələsi çərçivəsində iyunun 22-də Ankara şəhər xəstəxanasında könüllülərə tətbiq olunub.*
A.Salayeva