Qırğızıstan Bakıda Ticarət Evinin açmağı planlaşdırır. Bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyev bəyan edib.
“Qırğızıstan Bakıda Ticarət Evinin açmağı planlaşdırır. Biz bu məsələ üzərində işləyirik", - Osmonaliyev deyib.
Səfir həmçinin məlumat verib ki, 2021-ci il sentyabrın 11-də Bakıda Azərbaycanın biznes strukturlarının nümayəndələri ilə görüşlər təşkil edilib.
Onun sözlərinə görə, görüşlər Qırğızıstan nümayəndə heyətinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində təşkil olunub.
Xüsusilə, «Моdatrend» və «Brand House» tiarət evləri şəbəkəsinin rəhbərlərinin dəvəti ilə Qırğızıstan İqtisadiyyat Nazirliyi, “Bişkək” AİZ və səfirliyin əməkdaşları bir sıra ticarət meydançalarını ziyarət ediblər.
Görüşlər zamanı sahibkarlar brendlər şəbəkəsinin potensialı, realizə olunan və istehsal edilən malların siyahısı ilə tanış olublar, o cümlədən Qırğızıstan ərazisində öz brendlərinin franşizasının açılması ilə baölı normativ-texniki bazanın öyrənilməsinə maraq ifadə ediblər.
“Görüşün yekununda tərəflər oktyabrın əvvəlində “Bişkək” AİZ-i və Qırğızıstan tərəfinin səlahiyyətli idarələrini ziyarət etməklə növbəti görüşün Qırğızıstanda təşkil edilməsi barədə razılığa gəliblər. Qırğızıstana sərmayələrin yatırılması və Azərbaycan bazarına Qırğızıstanın toxuculuq məhsullarının ixracının təşkili məsələləri müzakirə olunacaq”, - Osmonaliyev bildirib. **
B.Rüstəmbəyov