Türkmənistan «Maksadaokgunly» ticarət markası ilə Azərbaycana hinduşka əti tədarük edəcək. Bu barədə Türkmənistanın Sənayeçilər və SahibkarlarBirliyi məlumat verir.
“Türkmənistanlı iş adamı Maksat İbrahimovun müəssisəsi hər ay Azərbaycana “Maksadaokgunly» ticarət markası ilə 22,5 ton hinduşka əti ixrac edəcək. Tədarük «Hyrkan Group» Azərbaycan şirkəti ilə imzalanmış müqavilə çərçivəsində həyata keçiriləcək”, - “İnterfaks-Azərbaycan” məlumat verir.
Gələcəkdə ixracın illik 2 min tona çatacağı planlaşdırılır.
Həmçinin, ətdən başqa, Azərbaycana kolbasa məmulatları, yarımfabrikatlar – pelmen, xingal, mantı və kotlet ixracının təşkili planlaşdırılır. **
B.Rüstəmbəyov