Oktyabr ayında Yaroslavl vilayətinin şirkətlərinin Azərbaycana biznes missiyası baş tutacaq.
“Biznes missiya cari ilin iyun ayında Peterburq Beynəlxalq İqtisadi Forumda qubernator Dmitri Mironov və Rusiya-Azərbaycan İşgüzar Şuranın sədri Aleksey Repikin imzaladıqları əməkdaşlığa dair saziş çərçivəsində keçiriləcək”, - regionun hökumətinin sədr müavini Maksim Avdeyev bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, 2021-ci ilin birinci yarısında Azərbaycan Yaroslavl vilayətinin ixrac istiqamətlərinin Top-20-nə daxil olub. Tədarükün həcmi $5,7 milyonu ötüb, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,5 dəfə çoxdur.
Regional inkişaf və xarici iqtisadi fəaliyyət Departamentinin direktoru Qalina Penyaqinanın sözlərinə görə, inkişaf nöqteyi-nəzərindən istehsalçılar üçün Azərbaycan bazarı rahatdır.
“Respublika ərazisində Rusiyanın sertifikatları qəbul olunur, dil maneəsi yoxdur, Rusiya mallarına etibar olunur. Həmçinin, burada Rusiya ixracının dəstəyi üçün bütün infrastruktur yaradılıb”, - o bildirib.
Səfər çərçivəsində RF-nin Azərbaycandakı ticarət nümayəndəsi və “RİM” SC-nin nümayəndəsi ilə görüşlər, o cümlədən bir sıra tədbirlər planlaşdırılır.
İxrac Mərkəzi Azərbaycan tərəfi ilə birlikdə regionun nümayəndələri üçün B2B danışıqlar üçün potensial tərəfdaşların siyahısını hazırlayacaq, kommersiya təkliflərinin aktuallaşmasına yardım edəcək və digər xidmətlər göstərəcək. **
B.Rüstəmbəyov