Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.
“Təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər”, - Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veruilib.
“Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 12-də start götürüb və sentyabrın 20-dək davam edəcək. **
N.Abbasova