29 oktyabr tarixində “Səba” ASC-nin səhmdarlarının növbədənkənar illik umumi yığıncağı keçiriləcək. Bu barədə cəmiyyətin elanında deyilir.
«Yığıncaqda 2020-ci il üzrə maliyyə hesabatının təqsdiqlənməsi, cəmiyyətin dövriyyə vəsaitlərinin artırılması məqsədilə bankda kredit xəttinin açılması, Direktorlar Şurasının formalaşdırılması planlaşdırılır”, - elanda qeyd olunur.
O cümlədən, səhmdarlar yeni törəmə şirkətin təsis edilməsini planlaşdırırlar.
"Səba" ASC 1981-ci ildə tikilib istifadəyə verilmiş Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-cı ildə yaranıb.
"Səba" ASC-nin fabriki 135 hektar sahədə yerləşir. Fabrikin ərazisində 90 tikili fəaliyyət göastərir, onlardan 52-si quşlar üçün saraydır, burada 800 nəfər içi var. Müəssisədə illik 13 min ton quş əti istehsal olunur. **
B.Rüstəmbəyov