Rusiyanın Saratov vilayətinin şirkətlərinin Bakıya biznes missiyası başlayıb. Bu barədə Rusiya Kiçik və Orta İxracatçılar Assosiasiyasının Bakıdakı nümayəndəliyi məlumat verir.
Biznes missiya Saratov vilayətinin İxraca Dəstək Mərkəzi tərəfindən təşkil olunub. Missiyada yanğın təhlükəsizliyi, teletibb, nəqliyyat sistemləri və ərzaq sahəsində 4 şirkət iştirak edir.
Missiya zamanı Azərbaycan Səhiyyə Nazirliyi, aparıxı zəl klinikaların, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalara Nazirliyi yanlnda İnnovasiyalar Agentliyinin nümayəndələri ilə görüşlər nəzərdə tutulur.
O cümlədən, ən iri ticarət şəbəkələrinin nümçayəndələri ilə görüşlər keçiriləcək. **
B.Rüstəmbəyov