Sentyabrın 27-də AŞPA “Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri” hesabatını müzakirə etməyi planlaşdırır.
“Hesabat Azərbaycan və Ermənistana səfər edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin məruzəçisi Paul Qavan (İrlandiya) tərəfindən hazırlanıb”, - “İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə AŞPA-nın saytında qeyd olunur.
Komitənin rəyində qeyd edilir ki, “uzadılmış münaqişə regionun mədəni irsi və mülkiyyətinə faciəli təsir göstərib”.
“Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri, “şərəf” adlanan cinayətlərə qarşı mübarizənin gücləndirilməsi və sosial hüquqların möhkəmləndirilməsi vasitəsilə sosial etimadın bərpası məsələlərinin müzakirəsi planlaşdırılır”, - məlumatda vurğulanır. **
N.Abbasova