Bu il (sentyabrın 12-nə olan vəziyyətə görə) MDB ölkələri RF-yə kartof, çuğundur və kök tədarükünü artırıblar. Bu barədə “Arqus-Fito” informasiya sisteminin məlumatlarına istinadən “Rosselxoznadzor” məlumat verir.
Xüsusilə, kartof tədarükü 2,6 dəfə - 214,8 min tonadək artıb. Ən çox həcm Belarus (98,3 min ton), Azərbaycandan (84,7 min ton) gətirlib.
Eyni zamanda, ötən illə müqayisədə Azərbaycan kartof ixracını 1,2 dəfə artırıb. Bu barədə “İnerfaks-Azərbaycan” məlumat verir.
MDB ölkələrindən kök ixracı 14% - 90,3 min tonadək artıb. O cümlədən, Azərbaycan RF-yə kök ixracatçılarından biridir. **