Azərbaycanda koronavirus infeksiyasına 2 min 77 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 463,326 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 157 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər (ötən gün 31 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 167 nəfərə çatıb.
Virusa yoluxmuş 416,194 min nəfər (sutka ərzində +3 min 725 nəfər) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 40 min 965 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 min 991 (ötən gün 8 min 123 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 675,11 min test aparılıb.**
B.Rüstəmbəyov