Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı bölmələri “Üç qardaş - 2021” beynəlxalq təlimi çərçivəsində hava desant hazırlığı üzrə məşqlər ediblər.
“Təlimin planına əsasən hava desant hazırlığı mərhələsində xüsusi təyinatlı bölmələrin helikopter vasitəsi ilə yerdəyişməsi, mühafizənin təşkili və təxliyə üsulları məşq etdirilib”, - Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən “Üç qardaş - 2021” beynəlxalq təlimi sentyabrın 12-də start götürüb və sentyabrın 20-dək davam edəcək. **
B.Rüstəmbəyov