2021-ci il sentyabrın 15-dən etibarən Azərbaycanda Premium Euro-95 və Super Euro-98 markalı benzin bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan”a neft-qaz bazarındakı mənbə məlumat verib.
“Premium Euro-95 markalı benzinin qiyməti 1,45 manatdan 1,6 manatadək (artım 10,3% - İF), Super Euro-98 markalı benzinin qiyməti 1,6 manatdan 1,9 manatadək (artım 18,8% - İF) artıb”, - mənbə bildirib.
Mənbə xatırladıb ki, Azərbaycanda Premium Euro-95 və Super Euro-98 markalı benzin istehsal edilmir, xaricdən idxac olunur.
“Bu növ benzinin qiymətləri tədarükçü ölkələrdə bahalaşıb. Alış qiymətinin artımı Azərbaycanda satış qiymətinin artımına gətirib”, - mənbə məlumat verib.
Qeyd edək ki, 2014-cu il aprelin 1-dən Azərbaycan Premium Euro-95 və Super Euro-98 markalı benzin idxal edir.
2020-ci ildə Azərbaycana $2 milyon 96,71 min dəyərində 2 min 654,36 ton həcmdə Super Euro-98 markalı benzin idxal olunub. **
N.Abbasova