Azərbaycanda “Sharifzade Property” MMC şirkəti qeydiyyatdan keçib. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən məlumat verilib.
“Şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir. Rəsmi nümayəndəsi İskəndər Quliyevdir”, - Xidmətdən vurğulanır.
Şirkət 2021-ci il iyunun 17-də dövlət qeydiyyatına alınıb.
Bundan başqa, 2021-ci il iyunun 17-də 60 min manat nizamnamə kapitalı ilə “Oyuncaqevi” MMC şirkəti qeydiyyatdan keçib. Rəsmi nümayəndəsi Fərid Məhərrəmlidir. **
B.Rüstəmbəyov