Böyük Britaniyada qeydiyyata alınmış və biznes üçün proqram təminatının hazırlanması ilə məşğul olan MOBİPAYMENT LTD Azərhbaycanda nümayəndəlik açıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən məlumat verilib.
“Nümayəndəlik 2021-ci il iyunun 2-dən dövlət qeydiyyatından keçib. Rəsmi nümayəndəsi Rusiya vtəndaşı Andrey Zaytsevdir”, - Xidmətdən vurğulanıb.
Bundan başqa, iyunun 16-da Azərbaycanda $100 min nizamnamə kapitalı ilə «UNITED PAYMENT» MMC (Türkiyənin “Birleşik Ödeme” şirkətinə daxildir) qeydiyyatdan keçib.
“Şirkətin rəsmi nümayəndəsi Edqar Abdullayevdir. Müşahidə Şurasının üzvləri Edem Aykım və İlker Sözdinlerdir”, - Xidmətdən qeyd edilir. **
R.Əhmədov