Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib ki, Düşənbədə keçirilən KTMT-nin sammitində Türkiyə ilə münasibətlərin normallaşması mövzusunu qaldırmaq niyyətindədir.
“Biz danışıqlara başlamaqla bağlı Türkiyədən müsbət impulslar almışıq. Və Ermənistan hökuməti münasibətlərin normallşaması, kommunikasiyaların açılması ilə bağlı danışıqlara başlamağa hazır olduğunu bildirib. Danışıqlara başlamaq üçün konkret addımların atılmasının gərəkli olduğu ehtimal edilir”, - Paşinyan bu gün Ermənistan parlamentində bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti bu məntiq çərçivəsində hərəkət etməyə hazırdır. **