Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilir.
“İşçi görüşü Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən təşkil olunub və maliyyə təminatı sahəsində təcrübə mübadiləsinə həsr edilib. Xüsusilə, hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxsləri və mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüşdə maliyyə təminatı məsələsi və qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər dinlənilib”, - nazirliyin məlumatında deyilir. **
A.Salayeva