Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar çərşənbə günü Bakıya səfərə gəlib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, bu barədə Klaar özünün Twitter hesabında yazıb.
Klaar vurğulayıb ki, “Azərbaycan XİN başçısı Ceyhun Bayramovla yaxşı və dolğun görüş keçirib”.
“İndi isə Bakının isti axşamından həzz almaq imkanını səbirsizliklə gözləyirəm”, - Aİ-nin xüsusi nümayəndəsi əlavə edib. **
A.Salayeva