Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 16-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Sentyabrın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsi 2,0077 manat/1EUR səviyyəsində (sentyabrın 15-nə 2,0070 manat/1EUR) müəyyən edilib.
AMB sentyabrın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0235 manat/1RUB səviyyəsində müəyyən edib (sentyabrın 15-nə - 0,0233 manat/1RUB). **
B.Rüstəmbəyov