Böyük Britaniya şirkətləri 2021-ci ilin I yarısında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 15,2% - $891,673 milyona qədər artırıblar.
Mərkəzi Bankdan “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların 33,8%-i (2020-ci ilin birinci yarısında 36,7%-i) Böyük Britaniya şirkətlərinin payına düşüb.
İkinci yerdə Türkiyə ($370,989 və ya ümumi həcmin 14,1%-i, artım 43,3%), üçüncü yerdə ABŞ şirkətləri ($313,816 milyon və ya 11,9%, artım 48,8%) qərarlaşıb.
2021-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına sərmayə yatıran investorların ilk beşliyinə Malayziya ($234,291 milyon, artım 73,7%) və Kipr ($168,171 milyon, artım 78,9%) daxil olub.
2021-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 5 dəfə – $27,853 milyona qədər azalıb, xüsusi çəki 1,1% (2020-ci ilin I yarısında 6,6%) təşkil edib.
Bu dövrdə Azərbaycana birbaşa xarici investisiyaların həcmi $2 milyard 635,666 milyon (artım 25,1%) təşkil edib.
AMB-nin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycan şirkətləri Böyük Britaniya iqtisadiyyatına $94,482 milyon məbləğində birbaşa xarici investisiya yönəldiblər ki, bu da 2020-ci ilin birinci yarısının göstəricisindən 12,5% azdır.
Böyük Britaniya Azərbaycan şirkətlərinin birbaşa xarici investisiya yatırdığı xarici ölkələr arasında birinci yerə çıxıb, xüsusi çəki 27,3% (bir il əvvəl 12,3%) təşkil edib.
İnvestisiyaların həcminə görə ikinci yerdə Gürcüstan gəlir. 2021-ci ilin I yarısında Azərbaycan şirkətləri tərəfindən bu ölkəyə $54,133 milyon (artım 3,2 dəfə) və ya bütün investisiyaların 15,7%-i yönəldilib.
Üçüncü yerdə Türkiyə qərarlaşıb ($46,253 milyon, artım 18,1%).
2021-ci ilin birinci yarısında Azərbaycan investisiyalarının yönəldildiyi ölkələrin onluğuna Malta ($31,421 milyon, azalma 24%), ABŞ ($36,41 milyon, azalma 4,6 dəfə), BƏƏ ($2,937 milyon), Monteneqro ($14,73 milyon), Rusiya ($4,681 milyon, azalma 5 dəfə), İsveçrə ($5,657 milyon) və Ukrayna ($2,855 milyon) da daxil olub.
Bütövlükdə, 2021-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə birbaşa investisiyaların həcmi $345,513 milyon (azalma 47,3%) təşkil edib.**
R.Əhmədov