Dövlət Vergi Xidməti «Azеrbaycan Vanhong Ceramics Co» MMC-ni qeydiyyata alıb.
“Şirkətin nizamnamə kapitalı $2,8 milyona bərabərdir. Şirkət 2021-ci il iyulun 12-də dövlət qeydiyyatından keçib. Şirkətin hüquqi ünvanı - Sumqayıt Kimya Sənaye Parkıdır (SKSP)”, - “İnterfaks-Azərbaycan”a DVX-dən məlumat verilib.
Şirkətin rəsmi nümayəndəsi Çin vətəndaşı Vanq Zhiyidir. **
B.Rüstəmbəyov