İtaliyanın «Ansaldo Energia S.P.A.» şirkəti Azərbaycanda nümayəndəlik açıb. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən məlumat verilib.
“Ansaldo Energia”nın nümayəndəliyi 2021-ci il iyulun 31-də Azərbaycanda qeydiyyatdan keçib. Şirkətin rəsmi nümayəndəsi İtaliya vətəndaşı Stefano Bociadır”, - DVX-dən qeyd ediblər.
“Ansaldo Energia” Qrupu – enerji avadanlığı istehsalçısıdır, elektrik stansiyalarının tikini layihələrini, həmçinin nüvə sənayesi üçün avadanlıq və injinirinq sahəsində fəaliyyət həyata keçirir. “Ansaldo Energia S.p.A.” şirkətinin səhmlərinin 59,9%-i “Cassa Depositi e Prestiti” Qrupuna daxil olan “CDP Equity” Fonduna, 40%-i isə elektik enerjisi üçün maşınqayırma sahəsində dünya lideri “Shanghai Electric” şirkətinə məxsusdur. **
R.Əhmədov