Azərbaycan 2021-ci ilin yanvar-iyul aylarında 16 milyon 412,3 min ton neft ixrac edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $7 milyard 569 milyon 736,1 min (artım 54,3%) təşkil edib.
Cari ilin yanvar-iyul aylarında Azərbaycan 10 milyard 448,2 milyon kubmetr (artım 33,5%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $1 milyard 676 milyon 798,5 min (azalma 1,9%) təşkil edib.
2020-ci ildə Azərbaycan $8 milyard 520 milyon 478,8 min dəyərində 28 milyon 374,2 min ton neft, $2 milyard 763 milyon 457,9 min dəyərində 13 milyard 839,9 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.**
N.Abbasova