2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2710) 971 min 28,11 ton neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 27,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-avqust aylarında Azərbaycandan $448 milyon 407,87 min dəyərində (artım 2,1 dəfə) bəyan edilmiş neft məhsulları ixrac olunub. Hesabat dövründə Azərbaycandan bütün ixracın 3,47%-i neft məhsullarının ixracının payına düşüb.
2020-ci ildə Azərbaycandan $295 milyon 114,95 min dəyərində (azalma 36,2%) 1 milyon 63 min 868,13 ton (artım 8,6%) neft məhsulları ixrac edilib.*
N.Abbasova