SOCAR 2021-ci ilin yanvar-avqust aylarında 195 min 576,05 ton neft koksu ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Yanvar-avqust aylarında SOCAR $15 milyon 120,92 min dəyərində neft koksu ixrac edib. Hesabat dövründə ixracın ümumi həcmində koksun payı 0,12% təşkil edib.
Şirkət, həmçinin $25 milyon 176,59 min dəyərində 119 min 202,91 ton neft bitumu ixrac edib. Yanvar-avqust aylarında Azərbaycandan ixracın ümumi həcmində bitumun payı 0,19% təşkil edib.
Beləliklə, hesabat dövründə SOCAR $40 milyon 297,51 min dəyərində 314 min 778,96 ton neft bitumu və neft koksu ixrac edib.*
N.Abbasova