Azərbaycanda koronavirus infeksiyasına 1 min 783 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 467,173 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 64 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər (ötən gün 28 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 227 nəfərə çatıb.
Virusa yoluxmuş 423,705 min nəfər (sutka ərzində +3 min 680) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 37 min 341 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 852 (ötən gün 14 min 934 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 702,934 min test aparılıb.**
N.Abbasova