Sentyabrın 16-da “Carlsberg Azerbaijan” şirkəti ilk dəfə yerli arpadan hazırlanmış ilk istehsal xəttinin açılışını edib.
“Tədbirdə iştirak edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, “Carlsberg Azerbaijan”pivə istehsalı sahəsinə 55 milyon manatdan çox sərmayə yatırıb”, - İqtisadiyyat Nazirliyi məlumat verir.
Öz növbəsində, “Calrsbeg Azerbaijan”ın baş direktoru Vyaçeslav Maltsev qeyd edib ki, 2022-ci ildən başalayaraq istehsal prosesində bütövlükdə yerli arpadan istifadə olunması planlaşdırılır. Onun sözlərinə görə, cari ilin yanvar-iyul ayları ərzində şirkət tərəfindən istehsala 2,5 milyon manat investisiya yatırılıb.
Carlsberg Azerbaijanpivəbişirmə zavodu Azərbaycanın paytaxtı Bakıdan 10 kilometr məsafədə, Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə 8 milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər əməkdaş, əlaqədər sahələrdə 3 mindən artıq əməkdaş fəaliyyət göstərir (podratçılar, pərakəndə satış və qonaqpərvərlik sektoru) çalışır. Zavodun inkişafına şirkətin ümumi sərmayəsi təxminən 60 milyon manatdır. Şirkət portfelinə Xırdalan, Carlsberg, Tuborg, Baltika, Əfsanə Kronenbourg Blanc 1664, Seth&Riley`s Garage kimi məşhur markalar daxildir. **
B.Rüstəmbəyov