Ermənistan hökuməti İrana alternativ avtomobil yolunun bir hissəsinin tikintisinə $1 milyard ayıracaq. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bəyan edib.
“Ermənistan hökuməti Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Sünik vilayətində Kacaran-Sisyan avtomobil yolunun bir hissəsinin (İrana yolun bir hissəsi) tikintisinə $1 milyarda yaxın vəsait ayıracaq”, - Kerobyan cümə axşamı jurnalistlərə bildirib.
2020-ci ilin payızında Qarabağda müharibədən sonra Ermənistanın cənubunda Sünik vilayətinin Azərbaycanla sərhədi meydana gəlib. Ermənistanın Gorus və Qafan şəhərlərini (Sünik vilayəti) birləşdirən yol isə, xüsusilə 21 km-lik hissə bəzi yerlərdə Ermənistan ərazisindən kənara çıxır. Ermənistanı İranla birləşdirən bu hissə Azərbaycanın nəzarəti altına keçib. **