Fövqəladə Hallar Nazirliyinin Tibbi Xidmətinin Tibb Mərkəzi Modul tipli hospitalı üçün dərman vasitələrinin, sarğı ləvazimatlarının və materialların alınması və pasient və çalışan işçilərin hər gün qida ilə təmin olunması məqsədilə 21,4 milyon manat ümumi məbləğdə üç müqavilə imzalayıb.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, www.etender.gov.az saytına əsasən, "Avromed Company" QSC, "SAF CATERING" MMC və “Zeytun Pharmaceuticals" MMC ilə 21 milyon 383 min 256,87 manat ümumi məbləğdə müqavilələr bağlanıb.
"SAF CATERING" MMC ilə imzalanmış müqavilə Modul tipli hospital üçün pasient və çalışan işçilərin hər gün qida ilə təmin olunmasını nəzərdə tutur. Müqavilənin dəyəri - 3 milyon 706,752 min manatdır.
"Avromed Company" QSC ilə imzalamış müqavilə Modul tipli hospital üçün dərman vasitələrinin, sarğı ləvazimatlarının və materialların alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri – 7 milyon 905 min 85.59 manatdır
“Zeytun Pharmaceuticals" MMC ilə bağlanmış müqavilə Modul tipli hospital üçün dərman vasitələrinin, sarğı ləvazimatlarının və materialların alınmasını nəzərdə tutur. Müqavilənin dəyəri - 9 milyon 771 min 419.28 manatdır. **
N.Abbasova