2021-ci ilin yanvar-iyul aylarında Azərbaycana kondisioner idxalı 2020-ci ilin analoji dövrü ilə müqayisədə 0,8% - 122,8 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $31 milyon 341,5 min məbləğində (artım 6,1%) qiymətləndirilir.
Həmçinin, yanvar-iyul aylarında Azərbaycana $71 milyon 328,2 min dəyərində (azalma 0,3%) 429,6 min ədəd (artım 18,8%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 34,1% - 122,4 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $26 milyon 428,9 min (artım 52,2%) təşkil edir.**
B.Rüstəmbəyov