Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Özbəkistanın Xivə şəhərində keçirilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) 38-ci nazirlər iclasında
Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim edib.
"Özbəkistanın Xivə şəhərində keçirilən TÜRKSOY-un 38-ci nazirlər iclasında iştirak etdim və ölkəmizin təşkilatla əməkdaşlığından, Qarabağda tarixi-mədəni abidələrin dağıdılmasından və Vətən müharibəsindən danışdım. O cümlədən, Şuşa şəhərinin 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”na namizədliyini təqdim etdim", - Kərimov özünün Twitter hesabında yazıb. **
E.Şəfiyev