Qusar Rayon İcra Hakimiyyəti başçısının Apparatı minik avtomobillərinin satınalınmasına 180 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” www.tender.gov.az saytına istinadən məlumat verir ki, "Azərmaş" MMC ilə müvafiq müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 180 min manatdır.
2018-ci il martın 29-da “Azərmaş” zavodunun rəsmi açılışı olub. Zavodun təsisçiləri “İran Khodro” və “AzEuroCar” şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində yerləşir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 milyon məbləğində sərmayə qoyulub.**
B.Rüstəmbəyov