Avropa İttifaqı müharibənin nəticələrinin öhdəsindən gəlmək məqsədilə Azərbaycan və Ermənistanla çalışmağa hazırdır. Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarbəyan edib.
“30 illik münaqişə çox dərin yara izləri qoyub. Bu gün burada duyduqlrımızdan irəli gələrək, müharibənin dəhşət olduğunun xatırlamalıyıq. Lakin eyni zamanda gələcək üçün irəliyə baxmalıyıq. Avropa İttifaqı bunun nümunəsidir”, - Klaar cümə günü Ağdam rayonuna səfəri zamanı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Aİ müharibənin nəticələrinin öhdəsindən gəlməklə bağlı təcrübəsini Azərbaycan və Ermənistanla bölüşməyə hazırdır.
“Fərqli, yaxşı gələcəyi tapmağa kömək etmək üçün Azərbaycan və Ermənistanla çalışmağa hazırıq», - Klaar əlavə edib. **
E.Şəfiyev