Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 25 faiz punktu - 6.5%-ə yüksəldib. Bu barədə bankın bəyanatında deyilir.
Dəhlizin aşağı həddi 5.75%-dən 6%-ə, yuxarı həddi isə 6.75%-dən 7%-ə yüksəldilib.
Bu qərar 17 sentyabr tarixində qüvvəyə minir.
Cari il AMB uçot dərəcəsinin təkrar baxılmasına dair ilk qərar qəbul edib. Bundan öncə, 2021-ci ilin əvvəlindən AMB uçot dərəcəsi məsələsinə həsr olunan 5 iclas keçirib. Hər dəfə uçot dərəcəsinin saxlanılması barədə qərar qəbul olunub.
“Uçot dərəcəsinə dair qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi və s. amillərin proqnozu əsasında qəbul edilir”, - AMB-dən vurğulanıb. .
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il oktyabr ayının 29-da qəbul olunacaq. **
A.Əzizov