İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikasının baş nazirinin müaviniŞahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilir.
“Görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrindəki yeni vəziyyət və Gorus-Qafan yolunda yeni nəqliyyat şəraiti və digər əlaqəli mövzular müzakirə olunub”, - məlumatda qeyd olunur. **
A.Salayeva