Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələrin qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi atteşesinin nümayəndələri iştirak ediblər.
Üçgünlük səfər çərçivəsində nümayəndə heyəti Bakıda Şəhidlər Xiyabanını, “Salyan kazarması” hərbi şəhərciyi və Şüvəlan qəsəbəsində “Quba” gəmisinin dənizçilərinə qoyulmuş abidəni ziyarət edəcək. Gəmi 1857-ci il sentyabrın 14-də Xəzər dənizində Şüvəlan burnu yaxınlığında tədqiqatlar keçirib. Qəza nəticəsində gəmi ekipajının 22 üzvü həlak olub, 57 nəfər xilas edilib. **
E.Şəfiyev, A.Salayeva