Azərbaycanda koronavirus infeksiyasına 1 min 734 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 472,719 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 42 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər (ötən gün 29 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 305 nəfərə çatıb.
Virusa yoluxmuş 434,095 min nəfər (sutka ərzində +3 min 378) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 32 min 319 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 780 (ötən gün 15 min 666 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 744,161 min test aparılıb.**
A.Salayeva