2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin sayı 23,259 min nəfər və ya 0,2% artaraq 2021-ci il avqustun 1-nə 10 milyon 142,392 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Yanvar-iyul aylarında ölkə üzrə 64,149 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 8,9% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11 təşkil edib. Doğulanların 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarıdır.
Bu dövrdə 42,134 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 7,2 təşkil edib. 2020-ci ilin yanvar-iyul aylarında bu göstərici 6,4 olub.
Cari ilin yanvar-iyul aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 30,289 min nikah (2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 47%) və 9,692 min boşanma halı (artım 17%) qeydə alınıb.*
X.Nəsirzadə