Moskva şəhərində keçiriləcək “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanı 20-dən çox şirkət təmsil edəcək. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Sərgidə Azərbaycanın 20-dən çox şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş etdiriləcək. Həmçinin sərgidə ölkəmizin mədəniyyəti, turizm, biznes və investisiya imkanları təbliğ olunacaq”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev