Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daxili bazar araşdırmasının aparılması üçün podratçılar seçir.
Bu məqsədlə agentlik 5 tender elan edib.
Birinci tender Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Badamın daxili satış kanallarının araşdırılması” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınmasını nəzərdə tutur.
2-ci tender “Sabun istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınmasını, 3-cü tender “Qazlı və qazsız içməli suların istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınmasını, 4-cü tender “Limonadların istehsalı” layihəsi üzrə daxili bazar araşdırması ilə əlaqədar məsləhət xidmətinin satın alınmasını əhatə edir.
5-ci tenderin predmeti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması”, “Pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması” və “Pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması” layihələri üzrə daxili bazar araşdırmasının aparılması xidmətlərinin satın alınması ilə bağlıdır.
Hər bir tenderdə iştirak haqqı 50 manatdır.
Təkliflər 25 oktyabr saat 11:00-dək qəbul olunur. Tender proseduru 26 oktyabr saat 11:00-da baş tutacaq.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə müxtəlif xidmətlərin göstərilməsi daxildir.*
B.Rüstəmbəyov