2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 37 milyard 170,4 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 1,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycanda orta illik inflyasiya 4,8% təşkil edib.
Statistik məlumatlara görə, yanvar-avqust aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 0,7% - 3 min 712,3 manata qədər artıb.
Yanvar-avqust aylarında bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 33 milyard 336,1 milyon manat qalır ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 0,4% çoxdur.
2020-ci ildə əhalinin nominal pul gəlirləri 1,8% azalıb.*
X.Nəsirzadə